Elton Con "ərə gedir" » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Foto

Elton Con "ərə gedir" – FOTO

Elton Con "ərə gedir"


Dünya şöhrətli müğənni Elton Con sevgilisi Devid Ferniş münasibətlərini qanuniləşdirmək qərarına gəlib. ANS PRESS-in məlumatına görə, britaniyalı müğənni kanadalı kinorejissorla toy mərasimi təşkil edəcək. Artıq toyun vaxtı da bəllidir.
Belə ki, cütlük 21 dekabr tarixində evlənəcək.

Elton və Devid Vindzordakı evlərində kiçik mərasim təşkil edəcəklər. Nikah mərasiminə onların dostları və ailə üzvlərindən ibarət 50 nəfər insan dəvət olunub.
Məşhur homoseksual cütlüyün 3 yaşlı Zakari və 2 yaşlı Elayca adlı oğlanları mərasimdə "qoruyucu mələklər” olacaqlar.

“Eltonla Devid bunu bir neçə ay ərzində planlaşdırıblar. Elton parlaq şəxsdir, amma bu dəfə mərasim dost və ailə üzvləri üçün çox sadə təşkil olunacaq”- deyə cütlüyün dostu qeyd edib.

Xatırladaq ki, Elton Con 1980-ci ildə özünün səs rejissoru ilə evli olub, lakin homoseksual olmasını elan etməsindən sonra onlar ayrılıb. Vətəndaş nikahında olduğu həyat yoldaşı Devid Fernişlə 1993-cü ildə tanış olub, 2004-cü ildə isə vətəndaş nikahında olublar.

Elton Con "ərə gedir"

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *