Bekhem arvadına xəyanət etdi
Məşhur futbolçu David Bekhem Çinin Şanxay şəhərində naməlum bir xanımla görüntülənib.
ANS PRESS-in məlumatına görə, Devid Bekhem həyat yoldaşı Viktoriya Bekhemə qısa saçlı qaraşın xanımla xəyanət etdiyi bildirilir.
Həmin xanımla gecə klubunda əylənən Bekhemi çoxlu sayda cangüdən təqib edib. Gecə klubundan adını açıqlamadığı xanımla birgə çıxan Devid Bekhem cangüdənlərinin köməyi ilə maşınına minərək məkandan uzaqlaşıb.
Qeyd edək ki, Viktoriya ilə Devid Bekhem cütlüyü 1999-cu ildə ailə qurub. Cütlüyün bir qızı, 3 oğlu var.
Onu da bildirək ki, KİV-lərdə Devid Bekhemin həyat yoldaşına dəfələrlə xəyanət etdiyi və hər dəfə də bahalı hədiyyələrlə onun könlünü aldığı iddia edilir.
Mənbə:> ANSPRESS