Qaraqan ABŞ-da ölkəmizi təmsil edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət

Qaraqan ABŞ-da ölkəmizi təmsil edəcək

Qaraqan ABŞ-da ölkəmizi təmsil edəcək


Azərbaycanlı məşhur reper Amerika Birləşmiş Ştatlarında keçirilən beynəlxalq festivalda iştirak edəcək.

ANS PRESS-in buro247.az-a istinadla verdiyi məlumata görə, Qaraqan Azərbaycanı Texas ştatı, Ostin şəhərində keçirilən nüfuzlu South by Southwest 2015 (SXSW) beynəlxalq festivalında təmsil edəcək.

Qaraqan festivalda "Spoken word & rap poetry" janrında çıxış edəcək yeganə ifaçıdır. Onun çıxışı bu gün olacaq.

Hər il festivalın təşkilatçıları bütün dünyadan 15 mindən çox müraciət qəbul edirlər və yalnız 1500 musiqiçi hazırda rəsmi təmsilçilərin arasındadır.

Qeyd edək ki, festival 1987-ci ildə start götürüb və o zamandan dünyada ən böyük miqyaslı musiqi hadisəsi hesab olunur. Çox az adama məlumdur ki, məhz SXSW dünya musiqisinə Ketti Perri, Ceyms Blant, Con Meyer kimi ulduzları verib. SXSW Interactive çərçivəsində ilk dəfə olaraq, twitter, foursquare və digər layihələr təqdim olunub.

Qaraqan ABŞ-da ölkəmizi təmsil edəcək

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *