Polşanı “Eurovision”da əlil müğənni təmsil edəcək – FOTO
Əlil müğənni Monika Kuşinskaya Polşanı “Eurovision - 2015” müsabiqəsində təmsil edəcək.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı ifaçı karyerasına Fahrenheit qrupunda başlayıb və sonra Varius Manx qrupunun vokalisti olub.
2006-cı ildə Monika qrup üzvləri ilə avtomobil qəzasına düşüb və o vaxtdan iflic olub və əlil arabası ilə hərəkət edir. Lakin müğənni həvəsdən düşməyərək musiqi ilə məşğul olmağı davam etdirib.
“Eurovision - 2015” müsabiqəsində Monika “In the Name of Love” adlı həzin kompozisiya ilə çıxış edəcək.
Mənbə:> Oxu.Az