Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək
Martın 16-dan 20-dək Avstriyanın Zalsburq şəhərində əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı çərçivəsində qiymətləndiricilər üçün təlim kursu, Finlandiyanın Helsinki şəhərində əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı üzrə quru qoşunları döyüş hazırlığının qiymətləndirilməsi kursu, martın 18-dən 20-dək isə Minsk şəhərində beynəlxalq hümanitar hüququn tətbiqi üzrə 5-ci regional seminar keçiriləcək.
Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Mənbə:> Oxu.Az