Hərbçilərimiz NATO təlimlərinə qatılacaq
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 16-dan 20-dək Ankara şəhərində (Türkiyə) "Strateji Təhlil" mövzusunda kurs keçiriləcək.
Bununla yanaşı, fevralın 17-dən 19-dək Saloniki şəhərində (Yunanıstan) "NATO təlimlərinin sinxronlaşdırılması" mövzusunda konfrans baş tutacaq.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Mənbə:> ANSPRESS