Azərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Azərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcək

Azərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcək


Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, martın 9-dan 13-dək Hohenfels şəhərində (Almaniya) Kombayn Rezolv-4 təliminin yekun planlaşdırma konfransı, martın 9-dan 20-dək İzmir şəhərində (Türkiyə) hava sahəsinə nəzarət və idarəetmə kursu, martın 10-dan 11-dək İstanbul şəhərində (Türkiyə) hərbi və təhlükəsizlik tədqiqatları üzrə beynəlxalq simpozium, martın 10-dan 19-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) ingilis dili fakültəsinin inkişafı mözusunda işçi görüşü, martın 11-dən 13-dək Belqrad şəhərində (Serbiya) əməliyyat imkanları konsepsiyası, qiymətləndirmə və analiz proqramının məlumat bazası üzrə təlim kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *