Seçkilərdə zorakılıqlar qeydə alınıb
Meksika prezidenti Enrike Pena Nieto və onun müttəfiqləri ara seçkilərdə Konqresin aşağı palatasında çoxluğu qoruyub saxlaya bilib.
ANS PRESS-in məlumatına görə, bazar günü keçirilən seçkilərdə qeydiyyatdan keçmiş səkkiz milyon seçici Konqresin aşağı palatasına doqquz qubernator və 100-ə yaxın meri müəyyən etmək üçün səsvermədə iştirak edib.
Lakin seçkilər zorakılıqlara səhnə olub. Belə ki, bir neçə namizəd narkomafiya tərəfindən öldürülüb. Çiapas, Querrero və Oaxaça ştatlarında seçki qutularının oğurlanması və ya yandırılması qeydə alınıb.
Prezident dövlət televiziyası ilə çıxışı zamanı seçicilərə zorakılıqlara baxmayaraq səsvermədə iştirak etdiklərinə görə təşəkkür edib.
Qeyd edək ki, bazar günü keçirilən seçki Meksikada ilk dəfədir ki, bitərəf namizədlərə iştirak etmək hüququ verib. Bu ölkədə ara seçkilər adətən az önəm kəsb etsə də Mühafizəkar Müəllimlərin Həmkarlar İttifaqı və Fəalların Koalisiyasında boşluq seçkilərə diqqəti daha da artırıb.
Mənbə:> ANSPRESS