İslam Kərimov yenidən Özbəkistanın prezidenti seçildi
Özbəkistanın hazırkı prezidenti İslam Kərimov prezident seçkilərində 90,39% səs toplayıb.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə Özbəkistanın Mərkəzi Seçki Komissiyasının rəhbəri Mirzə-Uluqbek Abdulsalamov məlumat verib.
“Kərimova 17,2 milyon nəfər səs verib, bu da səsvermədə iştirak etmiş seçicilərin ümumi sayının 90,39%-ni təşkil edir”, Abdulsalamov qeyd edib.
Onun sözlərinə görə, “Özbəkistan Respublikasının prezident seçkiləri” haqqında qanuna əsasən, bu, Kərimovu seçilmiş prezident hesab etməyə əsas verir.
Öncə məlum olub ki, Özbəkistanda seçkilərdə seçicilərin iştirakı 85%-dən çox olub.
Mənbə:> Oxu.Az