Mebel ustası prezident and içdi
İndoneziyanın yeni seçilmiş prezidenti Yoko Vidodo bu gün and içib. Andiçmə mərasimi paytaxt Cakartada parlament binasında keçirilib. Mərasimə xeyli sayda yerli və xarici qonaqlar dəvət edilib. Xarici ölkə nümayəndələri arasında Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri də olub.
Prezident and içdikdən sonra etdiyi ilk çıxışında hər kəsi ölkə üçün çiyin-çiyinə çalışmağa çağırıb və çıxışını "Azadlıq!" şüarı ilə bitirib.
Xalq arasında "Yokovi" ləqəbi ilə tanınan Yoko Vidodonu əvvəlki İndoneziya prezidentlərindən fərqləndirən bir cəhət var: o, ölkənin siyasi, biznes və hərbi elitasından çıxmayıb.
53 yaşlı keçmiş mebel satıcısı Vidodo seçicilərin 53%-nin səsini qazanaraq prezident olub. O, prezident seçilməzdən əvvəl qalib gələcəyi təqdirdə, prioritetinin ölkə iqtisadiyyatının yüksəlişi olacağını demişdi.
Mənbə:> ANSPRESS