Rusiyada ana övladını öldürüb qar topasında gizlətdi
Rusiyanın İvanovsk vilayətinin sakini azyaşlı övladını boğub və onu qar topasında gizlədib.
Oxu.Az “Nyuİnform” portalına istinadən xəbər verir ki, hadisə Navoloki şəhərində baş verib.
Məlumata görə, 21 yaşlı qadın ay yarımlıq körpəsini boğub.
Bir müddət ölmüş övladı ilə gəzintiyə çıxan qadın onu qar topasının içərisində gizlədib.
Qadın qətllə bağlı polisə özü məlumat verib. Hadisənin səbəbləri məlum deyil.
Mənbə:> Oxu.Az