Ana balalarının 3-də gecə yuxudaykən güllələdi
Qadın 18 yaşlı oğlunu silahla öldürüb, azyaşlı övladlarını isə yaralayıb.
Milli.Az nypost-a istinadla xəbər verir ki, ABŞ-ın Oklahoma ştatında yaşayan qadın övladlarını öldürəndən sonra intihar etmək istəyib, lakin özünü öldürmək cəhdi baş tutmayıb.
38 yaşlı Amy Hall 18 yaşlı oğlu Kayson Toliveri öldürüb, digər övladını isə ağır yaralayıb. O, 3-cü övladını öldürmək istəyərkən qız qaçaraq hamama daxil olub, ağlayıb, sonra da anasını sakitləşdirərək əlindəki silahı alıb.
Digər qurbanların yaşı 18-dən az olduğuna görə adları açıqlanmır.
O, polisə ifadəsində bildirib ki, qızı mane olmasaydı, onu da, özünü də öldürəcəkdi.
Cinayətlə bağlı araşdırma aparılır. Qadının psixoloji problemlərinin olduğu deyilir.
Mənbə:> Milli.Az