Qazaxıstan sakini arvadını, qızını və iki qardaşını öldürüb
Qazaxıstanın cənubunda yerləşən Türkestan şəhərinin sakini arvadını, beş yaşlı qızını və iki qardaşının travmatik tapançadan güllələyərək öldürüb.
Oxu.Az “İnterfax-Qazaxıstan”a istinadən xəbər verir ki, o həmçinin altı yaşlı oğlunu və anasını yaralayıb, sonra isə özünü öldürmək istəyib.
Hadisə şənbə günü, oktyabrın 10-da baş verib. 30 yaşlı kişi, onun 52 yaşlı anası və azyaşlı oğlu xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.
Faktla bağlı cinayət işi başlanılıb. Hadisə yerindən 9 mm kalibrli Streamer tapançası, üç mərmi və iki ədəd patron götürülüb.
Məlumata görə, cinayət qısqanclıq zəminində törədilib.
Mənbə:> Oxu.Az