Erməni arvadını 1 qab şorbaya görə boğdu
Ermənistanın İcevan şəhərində yerli məhkəmə arvadını bir qab şorbaya görə öldürmüş erməninin işi üzrə məhkəmə istintaqına başlayıb.
ANS PRESS-in məlumatına görə, hadisə yayda baş verib və şəhərin Yeğişe Çarens küçəsində yaşayan 63 yaşlı kişi arvadını boğub.
Hadisə yerinə gəlmiş polislər müəyyən ediblər ki, 63 yaşlı Radik Qabrielyan 62 yaşlı arvadı Culyetta Yeqikyanı öldürüb.
Kişi bildirib ki, arvadı yemək bişirməyib və evdə olan 1 qab şorbanı da yeyib. Bu isə onun ölmünə səbəb olub.
Mənbə:> ANSPRESS