“Ər arvadını atıb getdi”
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Ər arvadını atıb getdi” (Uxodil supruq ot supruqi) adlı tamaşanın premyerası olacaq.
ANS PRESS-in məlumatına görə, rejissor, xalq artisti Aleksandr Şarovskinin quruluş verdiyi tamaşa 1 noyabrda, şənbə günü rus dilli teatrsevərə nümayiş ediləcək.
Tamaşa xalq artisti Yuri Balıyevin və əməkdar artisti Nataliya Balıyevanın yubileyinə həsr edilib.
Səhnə əsəri Semyon Zlotnikovun “Qoca qarısını atıb getdi” pyesi əsasında hazırlanıb. Tamaşaçının dekorasiya üzrə rəssamı əməkdar Mədəniyyət İşçisi Aleksandr Fyodorov, geyim üzrə rəssam Olqa Abbasova, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.
Mənbə:> ANSPRESS