Xalq artisti Rəfael və Coşqunu "Azdrama"ya buraxmayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Xalq artisti Rəfael və Coşqunu "Azdrama"ya buraxmayıb

Xalq artisti Rəfael və Coşqunu "Azdrama"ya buraxmayıb


"O vaxt Coşqungil (“Bu şəhərdə”nin aktyorları Rəfael İskəndərov və Coşqun Rəhimov) “Azdrama”da yer götürmüşdülər ki, tamaşa oynasınlar. Onda Səyavuş Prezident Aparatına getdi çıxdı ki, “biz bu adamları müqəddəs teatra buraxa bilmərik. Şou düzəldirlər, getsinlər, başqa yerdə etsinlər. “Azdrama” bunlar üçün o yer deyil”.

Bu cümlələr aktyor, kinorejissor, ssenarist Əbdül Mahmudova məxsusdur. ANS PRESS-in məlumatına görə, Əbdül Mahmudov 27 iyun 2013-cü il tarixində dünyasını dəyişmiş xalq artisti Səyavuş Aslanla bağlı xatirələrini danışarkən görkəmli aktyorun komediyanı meymunçuluqla qarışdıranlara qarşı sərt olduğunu açıqlayıb:

"Onun komediyasında meymunçuluq, şit bir şey yox idi. Onun komediyası vəziyyətin komediyası, aktyor sənətinin komediyası idi. Boş-boş, qarnın, orasın-burasın burcutmaqla, səsin, kiminsə ağzın yamsılamaqla, arvad qiyafəsinə düşməklə edilən komediya deyildi. Əksinə, hətta o vaxt Coşqungil (“Bu şəhərdə”nin aktyorları Rəfael İskəndərov və Coşqun Rəhimov) “Azdrama”da yer götürmüşdülər ki, tamaşa oynasınlar. Onda Səyavuş Prezident Aparatına getdi çıxdı ki, “biz bu adamları müqəddəs teatra buraxa bilmərik. Şou düzəldirlər, getsinlər, başqa yerdə etsinlər. “Azdrama” bunlar üçün o yer deyil”. Səyavuşun müraciəti qəbul olundu. O, elə şeyə çox ciddi baxırdı. Çünki həqiqətən də, Akademik Dram Teatrı bizim üçün müqəddəs bir yerdir. Səyavuş, ümumiyyətlə, həm də sənətin qeyrətini düşünüb."

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *