Aygün Kazımova ərə getməyindən danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Aygün Kazımova ərə getməyindən danışdı

Aygün Kazımova ərə getməyindən danışdı


Ötən günlərdə Nabranda konsert proqramı ilə çıxış edən xalq artisti Aygün Kazımova maraqlı açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, səhnə geyimindən danışan sənətçi ən halal peşənin müğənnilik olduğunu və alın təri ilə pul qazandıqlarını deyib. Bundan əlavə olaraq xalq artisti onun adından istifadə edib, gündəmə gəlmək istəyənlərin də cavabını verib:

“Hər kəs məni yaxşı tanıyır. Bilirsiniz ki, əhvalım pis olanda yalandan gülə bilmirəm, dərdimi açıq deyirəm. Həyatımın ən acı günlərini də tamaşaçılarımla bölüşmüşəm. Nə baş verirsə, danışıram. Saxlaya bilmirəm. Kənardan yalan eşitməkdənsə, elə özüm düzünü deyirəm”.

Xalq artisti Türkiyədə gizlicə ailə qurması ilə əlaqəli olaraq cəmiyyət arasında gəzən şayiələrə də son qoyub: “Mən ailə qursam, sizin xəbəriniz olmaz? Yalan söhbətdir, elə bir şey yoxdur”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *