Gürcüstanda 77 yaşlı azərbaycanlı arvadını güllələyib
Bolnisi rayonunun Bala Muğanlı kəndində qətl hadisəsi baş verib.
AzNews.info-nun məlumatına görə, hadisə barədə Gürcüstan Daxili İşlər Nazirliyindən APA-ya bildirilib. Bala Muğanlı kənd sakini, 1938-ci il təvəllüdlü Nəriman M. qısqanclıq zəminində ov tüfəngi ilə 1951-ci il təvəllüdlü həyat yoldaşı M. Səmərqəndi güllələyib. Qarın nahiyəsindən yaralanan Səmərqənd M. hadisə yerində keçinib. Həyat yoldaşını öldürən Nəriman M. özünü də sinəsindən güllələyib, lakin onu xəstəxanaya çatdırıblar. Marneuli xəstəxanasında həyata keçirilən cərrahiyyə əməliyyatından sonra Nəriman M. sağ qalıb. Hazırda onun vəziyyəti orta-ağırdır.
Polis hadisə yerindən ov tüfəngi götürüb.
Mənbə:> APA