Azərbaycanda məhəbbət dramı: 24 yaşlı gəncin vəziyyəti ağırdır
Tovuz rayonda 24 yaşlı oğlan özünü öldürmək istəyib. Rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.
Kənd sakini, 1991-ci il təvəllüdlü Sübhan Mahir oğlu Nağıyev çoxlu dərman içib. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.
Həkimlər xəstənn vəziyyətinin ağır olduğunu bildiriblər.
Qeyd edək ki, bir neçə ay bundan əvvəl Sübhan Nağıyevin həyat yoldaşı rəhmətə gedib. Deyilənlərə görə. arvadını itirəndən sonra kişi hələ də özünə gələ bilməyib.
Ehtimal olunur ki. S.Nağıyev elə bu səbəbdən özünü öldürmək istəyirmiş.
Mənbə:> ANSPRESS