Azərbaycanda qandonduran intihar
Sabirabadda dəhşətli intihar hadisəsi baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə dünən gecə saatlarında qeydə alınıb.
Rayon sakini 1959-cu il təvəllüdlü Elbrus Bayram oğlu İbadov öv tüfəngilə ağzından atəş açıb. O, özünü həyətda güllələyib.
Güllə səsinə ev sakinləri həyətə çıxıblar. Onlar E.İbadovu qan içində tapıblar.
Qeyd edək ki, 55 yaşlı kişi evli olub. 3 övladı var. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib. Qeyd edilib ki, E.İbadov dərman qəbul edərək günlərlə yatırmış.
O, bir neçə dəfə də həyatına qəsd etmək istəyib.
Faktla bağlı araşdırmalar aparılır.
Mənbə:> ANSPRESS