Bakıda iki azyaşlı uşaq anası intihar etdi
Dünən Qaradağ rayonunda iki azyaşlı uşaq anası özünü asıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Vesti.az-a Qaradağ rayon prokurorluğunda bildiriblər.
Məlumata görə, 1984-cü il təvəllüdlü Muradova Zeynəb Nazirağa qızı öz mənzilində intihar edib. Qadın özünü qapının arasından qonaq otağına keçən qaz borusundan şərf ilə asıb. Muradovanın cəsədini qohumları 22.16-da tapıblar. İntihar edərkən evdə heç kim olmayıb.
İntiharın səbəbi müəyyənləşdirilməyib. Muradovanın kiçik övladı dörd aylıqdır.
Fakt üzrə istintaq aparılır.
Mənbə:> AZXEBER.COM