Kişi 18 yaşlı qızı öldürüb basdırdı
Daxili İşlər Nazirliyi martın 26-da Gəncə şəhərində baş verən qətllə bağlı məlumat yayıb.
ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ruslan Behbudzadə qısqanclıq zəminində Samux rayon sakini Gülnarə Mirzəyevanı boğma yolu ilə qətlə yetirib cəsədini Daşkəsən rayonunun Xoşbulaq kəndinin meşə zolağında basdırıb.
Martın 29-da R.Behbudzadə könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinə gələrək hadisəni törətməsini etiraf edib.
G.Mirzəyevanın meyiti eksqumasiya edilib.
Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-cı maddəsi ilə cinayət işi başlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.
Mənbə:> ANSPRESS