Bakıda makler sevgilisini boğdu
Daxili İşlər Nazirliyi Sabunçuda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
ANS PRESS-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 27-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən ev alqı-satqı ofisində orada işləyən Nuridin Bayramov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Zeynəb Alışovanı boğma yolu ilə qətlə yetirib.
Qeyd edək ki, Nuridin Bayramov əvvəllər məhkumluq həyatı yaşayır.
Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində N.Bayramov tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə:> ANSPRESS