Gəncədə 42 yaşlı qadın intihar edib
Gəncədə 42 yaşlı qadın intihar edib.
Oxu.Az-ın APA-ya istinadən məlumata görə, şəhər sakini, 1974-cü il təvəllüdlü Qurbanova Tünzalə Vaqif qızı sirkə turşusu içərək özünü öldürüb.
Qadının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Mənbə:> Oxu.Az