Cəlilabadda 27 yaşlı qadın intihar etdi
Cəlilabadda intihar hadisəsi baş verib.
AzNews.info xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gecə Cəlilabad şəhərinin Heydər Əliyev prospektindəki fərdi evlərin birində qeydə alınıb.
Cəlilabad şəhər sakini, 1988-ci il təvəllüdlü Gülnar Telman qızı Babayeva yaşadığı mənzildə özünü asaraq öldürüb.
İntiharın motivləri barədə hələlik heç bir məlumat verilmir.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Mənbə:> APA