Cəlilabadda bədbəxt hadisə
Ötən gün Cəlilabad rayonunda 5 yaşlı uşaq faciəvi şəkildə ölüb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, uşaq su quyusuna düşərək boğulub.
Hadisə Cəlilabad rayonunun Maşlıq kəndində qeydə alınıb.
Kənd sakini Novruz İmanov evinin həyətindəki su quyusuna düşərək boğulub.
İlkin ehtimala görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
Faktla bağlı araşdırmalar aparılır.
Mənbə:> ANSPRESS