Ana 4 yaşlı oğlunu paltarla boğaraq öldürdü
Türkiyənin Adana şəhərində ana 4 yaşlı oğlunu boğaraq öldürüb.
Unikal.org xəbər verir ki, qəbristanlıq ərazisində bir qadının özünü döyərək ağladığını görənlər polisə məıumat verib. Araşdırma zamanı məlum olub ki, 34 yaşlı Fatma.Ö adlı qadının övladını paltarı ilə boğaraq öldürdüyü məlumməlum olub.
Qadın ilkin ifadəsində bildirib ki, oğluna “atası bəlli deyil” deyilməsindən bezib, buna görə də oğlunu və özünü öldürmək istəyib:
“Oğlum əvvəlcə nə baş verdiyini anlamadı. Sonra onu boğduğumu anladı. Yaşadığımız binanın girişində oğlumu öldürəndən sonra özümü də öldürməyi planlaşdırmışdım. Amma bunu bacarmadım”.
Növbəti dəfə ifadəsinə baş vurulan qadın oğlunu nə üçün öldürdüyünü xatırlamadığı deyib.
Mənbə:> Unikal.org