Bakıda oğlunu qoruyan ana al-qan içində qaldı
Bu gecə Bakının Xəzər rayonunda 53 yaşında qadın döyülüb. Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, bu barədə gecə saat 02 radələrində bildiriblər.
Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Araşdırmalar zamanı məlum olub ki, 53 yaşlı C.D.-nin burnu sınıb. Onu həyat yoldaşı vurub.
Polislər müəyyən ediblər ki, kişi oğluna əsəbləşib. Əsəblərinə hakim ola bilməyən kişi oğlanı döyməyə başlayıb.
53 yaşlı qadın oğlunu ərinin əlindən almağa çalışarkən yumruq onun üzünə dəyib. Nəticədə qadının burnu qırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> ANSPRESS