Bakıda dəhşət: uşaqlar ananın meyitini tapdı
Bakının Xəzər rayonu ərazisində intihar hadisəsi baş verib.
Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Türkan qəsəbəsində qeydə alınıb.
Axşam saat 21 radələrində həyətlərin birində qarajda asılmış qadın meyiti tapılıb. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Araşdırmalar zamanı məlum olub ki, meyit 30 yaşlı Nurlanə Əsədovadır. Meyit müayinə olunarkən məlum olub ki, o intihar edib.
Qeyd edək ki, qadın evli olub. 2 uşaq anasıdır. Qadının meyitini elə uşaqları aşkar ediblər.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Mənbə:> ANSPRESS