Bakıda qadın 9-cu mərtəbədən yıxıldı
Bakının Suraxanı rayonunda qadın özünü yaşadığı binadan atıb.
Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsinin müstəntiqi Xaliq Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, Hövsan qəsəbəsində bir nəfərin hündürlükdən yıxılması barədə məlumat daxil olub.
Daxil olan məlumata əsasən hadisə yerinə gedən polis əməkdaşları bir qadının 9-cu mərtəbədən yıxıldığı müəyyən ediblər.
İlkin məlumatlara görə, qadın intihar edib. Lakin qadının kimliyi və hadisənin baş vermə səbəbləri araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> ANSPRESS