Bakıda pəncərə silən kişi 4-cü mərtəbədən yıxıldı
Xətai rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə 9 mərtəbəli binada baş verib.
Belə ki, binanın 4-cü mərtəbəsində yaşayan 1962-ci il təvəllüdlü Pərviz Əziz oğlu Əmircanov pəncərədən yıxılıb. O birinci mərtəbənin ehvanın artırmasına düşüb.
Kəllə-beyin travması, döş qəfəsinin sınığı, əl və ayaqların qırılması, eyni zamanda digər bədən xəsarətləri alıb. P.Əmircanov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda renimasiyada müalicə alır.
Qeyd edək ki, Pərviz Əmircanov pəncərə silərkən ehtiyatsız davranaraq yıxılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> ANS PRESS