Bakıda 23 yaşlı oğlandan acı xəbər
Bakının Qaradağ rayonunda 23 yaşlı oğlanın asılmış meyiti tapılıb.
Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən səhər saat 07 radələrində rayonun Sanqaçal qəsəbəsi, 3-cü massivində qeydə alınıb.
Məlumat daxil olan ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Araşdırmalar zamanı ölən şəxsin 1992-ci il təvəllüdlü Mehrac Rasim oğlu Hidayətov olduğu məlum olub. Meyit müayinə olunub.
Müayinə zamanı Mehrac Hidayətovun intihar etdiyi bilinib.
Hələlik baş verən intiharın səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə:> ANSPRESS