12 yaşlı oğlunu öldürən ata: Nə qədər etdim, özümü öldürə bilmədim
Kayseridə 12 yaşlı oğlunu iplə boğaraq öldürən fiziki qüsurlu ata ifadəsi ilə hər kəsi dəhşətə gətirib.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, 12 yaşlı hiperaktiv oğlunu öldürən əlil ata ilk dəfə hakim qarşısına çıxıb.
Şübhəli atanın "Oğlumu 1 metrlik iplə boğaraq öldürdüm. Oğlumu öldürdüm, amma özümü çox cəhd etməyimə baxmayaraq öldürə bilmədim. Biləklərimi kəsdim" sözləri qan dondurub.
Ölən uşağın anası isə məhkəmə prosesində ərindən şikayətçi olmadığını deyib:
"Mən hadisəni görmədim. Ərim oğlunu çox sevərdi, bir dediyini iki etməzdi, bir anlıq qəzəbdir. Şikayətçi deyiləm".
Proses təxirə salınıb.
Mənbə:> Milli.Az