Əmi 9 yaşlı qardaşı oğlunu zorladı
Türkiyədə tükürpədici hadisə baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Samsun şəhərində əmi qardaşının 9 yaşlı oğluna təcavüz edib.
Hadisə bir necə müddət öncə Samsunun Canik rayonunun Qaziosmanpaşa məhəlləsində yaşanıb. R.K adlı uşaq əmisinin telefonu ilə oynamaq üçün yaşadıqları binanın birinci mərtəbəsində qalan qohumunun evinə gedib. İddiaya görə, 26 yaşlı İsmayıl K. adlı gənc qardaşının uşağını burada zorlayıb.
Evdən çıxan uşaq başına gələnləri ailəsinə danışıb. Ailənin şikayətindən sonra polis 26 yaşlı şəxsi həbs edib.
Barəsində zorlama ittihamı ilə məhkəmə işi başlayan İsmail K. hakim qarşısına çıxarılıb. O, bütün iddiaları təkzib edib. "Mənim adıma olan sahələri almaq istəyirdilər. Mən isə onlara vermədiyim üçün iftira atıblar. Günahsızam və bəraətimi tələb edirəm".
Məhkəmənin qərarı ilə o 20 il azadlıqdan məhrum edilib.
Mənbə:> ANSPRESS