DİN atanın azyaşlı oğlunu qətlə yetirməsi ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda atanın azyaşlı oğlunu qətlə yetirməsi hadisəsi ilə bağlı məlumat yayıb.
Oxu.Az-ın məlumatına görə, rayonun Ulacalı kəndində yaşayan əvvəllər məhkum olunmuş Röyal Məmmədov evində arvadı Günel Məmmədova ilə aralarında baş verən münaqişə zəminində 7 yaşlı oğlu Röyaminin başına çəkiclə xəsarət yetirib və nəticədə uşaq hadisə yerində ölüb.
R.Məmmədov Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Araşdırmalar davam etdirilir.
Mənbə:> Oxu.Az