Masallıda 16 yaşlı oğlanın ölümünə görə daha 3 nəfər axtarılır » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Masallıda 16 yaşlı oğlanın ölümünə görə daha 3 nəfər axtarılır

Masallıda 16 yaşlı oğlanın ölümünə görə daha 3 nəfər axtarılır

Daxili İşlər Nazirliyi Masallıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Virtualaz.org saytı nazirliyin saytına istinadən bildirir ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində iyulun 9-da Masallı rayonunda Həmid Məmmədovu bıçaqla qətlə yetirən Xıl kənd sakinləri - əvvəllər məhkum olunan Rövşən Zamanov tutulub, digər şəxslər Röyal Quliyev, Cavid Kazımov və Mehdi Bağışov müəyyən ediliblər.

Hazırda onların tutulmaları istiqamətində zəruri tədbirlər davam etdirilir.

Virtualaz.org saytı xatırladır ki, 1976-cı il təvəllüdlü Rövşən Əhmədağa oğlu Zamanov və bir neçə dostu yanacaq almaq üçün yanacaqdoldurma məntəqəsinə gəlib. Onlar maşına 3 manatlıq yanacaq vurduqdan sonra ödəniş etmək istəməyiblər.

Bu zaman məntəqədə işləyən işçi ilə müştərilər arasında mübahisə düşüb. Onlar pulu ödəyərək ərazidən uzaqlaşıblar. Lakin gecə 01:30 radələridə R.Zamanov dostları ilə birgə yenidən məntəqəyə gəlib və əvvəlki mübahisəni həll etməyə çalışıb.

Bu zaman məntəqə müdirinin oğlu Həmid Məmmədov da ərazidə olub. Başlayan mübahisə və dava zamanı Rövşən Zamanov gənci ürəyindən bıçaqlayaraq öldürüb.

Bundan sonra o, hadisə yerindən qaçsa da uzağa gedə bilməyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *