Bələdiyyə sədrinin və ərinin qətlinə görə daha bir nəfər tutuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Bələdiyyə sədrinin və ərinin qətlinə görə daha bir nəfər tutuldu – YENILƏNİB

Bələdiyyə sədrinin və ərinin qətlinə görə daha bir nəfər tutuldu


Bələdiyyə sədri Vəsilə Əbdülhəsənova və həyat yoldaşı Vəfadar Əbdülhəsənovun qətlində şübhəli bilinən daha bir nəfər saxlanılıb.

"Report"un məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən Vüqar Hüseynov adlı şəxs tutulub. O, bundan əvvəl tutulmuş 1980-cı il təvəllüdlü Hüseynov Fədail Güloğlan oğlunun qardaşıdır.

V.Hüseynov ifadəsinin alınması üçün Abşeron Rayon Prokurorluğuna aparılıb. Onun baş verən cinayətdə əlinin olub-olmamsı araşdırılır.

* * * 13:06

Abşeronda törədilən dəhşətli qətl hadisəsi ilə bağlı cinayət işi açılıb

Virtualaz.org-un əldə etdiyi məlumata görə, Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdlü Vəsilə Əbdülhəsənovanın və həyat yoldaşı Vəfadar Əbdülhəsənovun qətlə yetirilmasi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb, müvafiq ekspertiza tədbirləri görülür.

Bu arada mediada bələdiyyə sədrinin həyat yoldaşı Vəfadar Əbdülhəsənov haqda da yeni məlumat yayılıb. Bildirilir ki, o, 1975-ci il avqustun 17-də anadan olub. Əvvəllər Sumqayıt şəhərində işləyib, "B&G" Sığorta şirkətinin filial rəhbəri vəzifəsində çalışıb.

Mərhumun son iş yeri isə "Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin aparat rəhbəri vəzifəsi olub.

Vesti.az saytı isə qətlin təfərrüatları barədə məlumat yayıb.

Məlumata görə, qətli törədən Saray qəsəbə sakini Fədail Hüseynov makler kimi çalışırmış.

O da məlum olub ki, cinayət gecə saat 1 radələrində törədilib. Cinayətkar evə daxil olarkən evdə nəinki Əbdülhəsənov cütlüyü, bələdiyyə sədrinin qayınanası və qayınatası, həmçinin iki uşaqları da olub. Bundan başqa, cinayətin uşaqların gözləri qarşısında törədildiyi bildirilir.

İlkin ehtimala cinayət qisas məqsədi ilə törədilib. Belə ki, qatil evdən heç bir şey götürməyib.

* * * 11:04

Bu gecə Abşeron rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Saray qəsəbəsində yaşayan Saray bələdiyyəsinin sədri və onun həyat yoldaşı amansızcasına öldürülüb. Hadisə bələdiyyə sədrinin evində baş verib.

Bələdiyyə sədri, 1976-cı il təvəllüdü Vəsilə Həsənovanın və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbdülhəsənovun boğazında və bədəninin bir neçə nahiyəsində bıçaq xəsarətləri olub. Digər məlumata görə isə bələdiyyə sədri ürəyindən güllələnib.

ANS PRESS-in məlumatına görə, hadisəni törədən şəxs də artıq müəyyənləşdirilib. Bu, 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynovdur.

Polisin keçirdiyi əməliyyat nəticəsində Fədail Hüseynov şübhəli şəxs qismində saxlanılıb.

İlkin ehtimala görə, hadisə şəxsi münaqişə zamanı qeydə alınıb. Tərəflər arasında mübahisənin torpaq üstündə düşdüyü ehtimal olunur. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Virtualaz.org saytı xatırladır ki, bu, bələdiyyə sədrləri ilə bağlı ilk belə insident deyil. Bir neçə gün bundan əvvəl Bülbülə qəsəbə bələdiyyəsinin sədri Natiq Həsənov və bələdiyyənin daha bir işçisi torpaq mübahisəsi üstündə düşmüş dava-dalaş zamanı möhkəm döyülmüşdü.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *