Bir evdən iki meyit... Dəhşətli qətl ünvanından fotolar
Bu gün gecə saatlarında evində qətlə yetirilən bələdiyyə sədri və həyat yoldaşının yas mağarı hadisə baş verən evin qarşısında qurulub.
“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, Saray qəsəbəsi, M.Ziyadov küçəsində artıq yas çadırı qurulub. Meyitlər evə gətirilib, mərhumlar günorta saatlarında Saray qəbiristanlığında dəfn olunacaq.
Mərasimə bələdiyyə üzvləri və icra hakimiyyətinin vəzifələri şəxsləri də qatılıb.
Mərhumların qohumları jurnalistlərlə söhbət etmək imtina edib və “buradan getməsəz, daha bir qətl olacaq” deyərək çəkilişə icazə verməyiblər.
Mənbə:> Qafqazinfo.az