Kürəkən qaynanasının canını aldı
Bu gecə Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib.
Bu barədə rayon Prokurorluğunun böyük müstəntiqi Şahin Şükürov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, Dəllər qəsəbə sakini 1978-ci il təvəllüdlü Babək Hüseynov qayınanası, 1961-ci il təvəllüdlü Svetlana Abbasovanı öldürüb. Qadın çoxsaylı bıçaq zərbəsindən həyatını itirib.
İlkin məlumata görə, hadisə kürəkənlə qaynananın arasındakı köhnə ədavət əsasında baş verib. Onların arasında şəxsi münasibətlər zəminində mübahisə olub.
Onu da əlavə edək ki, Babək Hüseynov həyat yoldaşından ayrılıbmış.
İndi qətlin dəqiq səbəbləri araşdırılır. Hazırda meyit müayinə üçün yarılıb. Araşdırmalardan sonra hadisənin əsil səbəbi məlum olacaq.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanıb.
Mənbə:> ANSPRESS