Lənkəranda keçmiş məhkum həmyerlisini qətlə yetirib
Lənkəranda qətl hadisəsi baş verib.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, hadisə oktyabrın 20-də saat 20.00 radələrində rayonun Girdəni kəndi ərazisində qeydə alınıb. Kənd sakini, əvvəllər məhkum olunmuş Müşfiq Məzahir oğlu Abdullayev şəxsi münaqişə zəminində tanışı olan rayonun Havzava kənd sakini Zahir Fərman oğlu Əsgərova bədəninin müxtəlif nahiyələrində bir neçə bıçaq zərbəsi endirməklə onu qətlə yetirib.
Hadisəni törətmiş M. Abdullayev könüllü hüquq mühafizə orqanlarına təslim olub. Z.Əsgərovun meyiti isə müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Qətlin motivləri barədə hələlik hər hansı bir məlumat verilmir.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanıb.
Mənbə:> APA