Sabirabadda ata yeddi yaşlı oğlunu çəkiclə öldürüb
Sabirabad rayonunun Ulacalı kəndində dəhşətli qətl törədilib.
AzNews.info APA-ya istinadən xəbər verir ki, kənd sakini, 1987-ci il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov yeddi yaşlı oğlunu baş nahiyəsindən çəkiclə vuraraq qətlə yetirib.
Röyal Məmmədov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə:> APA