Azərbaycanda dəhşətli cinayət – 6 yaşlı oğlunu öldürdü
Beyləqanda dəhşətli qətl törədilib.
AzNews.info xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.
Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Mənbə:> APA