Tələbə qız ev sahibəsini sevgilisinə görə öldürübmüş
Xəbər verdiyimiz kimi, noyabrın 24-də Sumqayıt şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Hadisə şəhərin 9-cu mikrorayon, ev 69, mənzil 29 ünvanında baş verib. Məlumata görə, qətl hadisəsini törədən 21 yaşlı Şərqiyyə Mehdi qızı Ramazanova kirayədə yaşayan ev sahibəsini aralarında yaranmış münaqişə nəticəsində qətlə yetirib. O, ev sahibəsini xüsusi amanszlıqla öldürüb. Ş.Ramazanova əvvəlcə qadına boğaz nayihəsindən bıçaq zərbəsi endirdikdən sonra onun qulağının birini kəsib.
Daha sonra ona bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq zərbələri endirərək qətlə yetirib. Qadının tam öldüyünə əmin olandan sonra polisə zəng edərək mənzildə qətl hadisəsi baş verdiyini deyib və hadisə yerindən qaçıb. Məlumata görə, Ş.Ramazanovanın ev sahibəsini qətlə yetirməsinə səbəb qızın sevgilisindən ayrılması olub.
Azvision.az saytı qətlə bağlı yeni məlumatlar əldə edib.
Qətldə təqsirli bilinən Şərqiyyə Ramazanovanın nənəsi Naibə Ramazanova sayta bildirib ki, nəvəsinin psixoloji problemləri olub: “Biz Şərqiyyənin qətl törətməsi ilə bağlı xəbəri televiziyadan gördük. Atası Mehdi və gəlinim ağlaya-ağlaya Sumqayıta getdilər. Şərqiyyə mənim ilk nəvəmdir. O, xəstə idi. Atası tez-tez müalicə üçün onu İrana aparırdı. Başında xəstəlik var. Əlimizdə onun xəstə olması ilə bağlı sənədlər də var. Valideynləri həmin sənədləri Sumqayıta aparıblar”.
Nəvəsinin sakit qız olduğunu bildirən N.Ramazanova Şərqiyyənin qatil ola biləcəyinə inanmadığını deyib: “Nəvəm çox yaxşı qızdır. O, niyə qatil olsun ki? Bu sualı özümə verirəm, cavab tapa bilmirəm. Hamımız onunla fəxr edirdik. Bizim bildiyimizə görə sevdiyi oğlan olmayıb. Sevdiyi oğlan olsaydı, çoxdan evləndirərdik. Nəvəmə qara yaxırlar. Yəqin ki, onu həbs edəcəklər. Biz onun adam öldürdüyünə inanmırıq. Bəlkə də o qadını başqası öldürüb Şərqiyyənin üstünə atırlar”.
Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Ramazanova tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
* * *15:40
Noyabrın 24-də Sumqayıt şəhərində baş verən dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Hadisə şəhərin 9-cu mikrorayon, ev 69, mənzil 29 ünvanında baş verib. Məlumata görə, qətl hadisəsini törədən 21 yaşlı Şərqiyyə Mehdi qızı Ramazanova kirayədə yaşayan ev sahibəsini aralarında yaranmış münaqişə nəticəsində qətlə yetirib. O, ev sahibəsini xüsusi amanszlıqla öldürüb. Ş.Ramazanova əvvəlcə qadına boğaz nayihəsindən bıçaq zərbəsi endirdikdən sonra onun qulağının birini kəsib. Daha sonra ona bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq zərbələri endirərək qətlə yetirib. Qadının tam öldüyünə əmin olandan sonra polisə zəng edərək mənzildə qətl hadisəsi baş verdiyini deyib və hadisə yerindən qaçıb.
Məlumata görə, Ş.Ramazanovanın ev sahibəsini qərlə yetirməsinə səbəb qızın sevgilisindən ayrılması olub. Ev sahibəsi qızın sevgilisini bir neçə dəfə həmin binanın qarşısından qovması sevgililərin ayrılmasına səbəb olub. Bundan qəzəblənən Ş.Ramazanova ev sahibəsi S.Nəcəfovadan qisas almaq üçün onu qətlə yetirib. Qətl hadisəsini törədən Ş.Ramazanova Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.
Xatıqladaq ki, hadisə barədə Daxili işlər Nazirliyi də məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə 9-cu mikrorayonda baş verib. S.Nəcəfovanın mənzilində kirayəşini, Oğuz rayon sakini Ş.Ramazanova münaqişə zəminində ona bıçaqla xəsarətlər yetirib. S.Nəcəfova hadisə yerində ölüb.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Ramazanova tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Mənbə:> AzVision.az