Sabirabadda ata və oğlu bıçaqlanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Sabirabadda ata və oğlu bıçaqlanıb

Sabirabadda ata və oğlu bıçaqlanıb


Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

AzNews.info-nun APA-ya istinadən verdiyi məlumatına görə, hadisə ötən gün rayonun Əhmədabad kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Əhmədov Murad Yazdan oğlu qohumları - 1965-ci il təvəllüdlü Əhməd Hafiz oğlu Əhmədovu və onun oğlu, 1980-ci il təvəllüdlü Xamza Əhməd oğlu Əhmədovu bıçaqlayıb. Bıçaqlanan şəxslər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. M.Əhmədov saxlanılıb.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *