Maskalanaraq ev talayan şəxslər tutuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Maskalanaraq ev talayan şəxslər tutuldu

Maskalanaraq ev talayan şəxslər tutuldu


Bakıda üzlərinə maska taxaraq quldurluq edən dəstə saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən ANS PRESS-ə bildiriblər ki, sentyabrın 1-də saat 12:20 radələrində Hacı Zeynalabidin Tağıyev küçəsindəki yeni yaşayış sahəsində yaşayan 1946-cı il təvəllüdlü Nelli Seyfullayevanın evinə naməlum şəxslər maskalanaraq açıq qapıdan daxil olmaqla, onun əl-qolunu bağlayıb 1000 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talayıblar.

Dərhal əməliyyata başlayan BŞBPİ-nin Cinayət Axtarış İdarəsi, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, 1983-cü il təvəllüdlü İlham Zakir oğlu Abbasov, Abşeron rayon sakini, 1986-cı il təvəllüdlü Əli Xanəli oğlu Quliyev və Lənkəran rayon sakini, 1985-ci il təvəllüdlü Teyyub Əhmədulla oğlu Teymurov tutulub.

Faktla bağlı cinayət işi açılıb.

Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *