Bakıda dələduzlar tutuldu
Bakı sakininə qarşı dələduzluq edilib.
Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, 1978-ci il təvəllüdlü Ələmdar Əli oğlu Məmmədov tutulub.
Ə. Məmmədov Bakı şəhər sakini Səfa Qasımovun etibarından sui-istifadə edərək ona məxsus “Howo” markalı avtomobili 28.000 ABŞ dollarına satıb. O, pulunu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> ANSPRESS