Ermənistanda qadın biraylıq körpəsini satdı
Ermənistanın Araqatson vilayətinin Aruç kənd sakini 1 aylıq körpəsini, Ararat vilayətinin Taperakan kənd sakininə 5 min ABŞ dollarına satıb.
Oxu.Az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, yeni doğulan qız aprelin 9-da “Ermənistan” Respublika tibb mərkəzinin doğum evində dünyaya gəlib.
Aruç kənd sakinlərindən biri öz övladını satmaqda şübhəli bilinən A.K.-nin ağır sosial şəraitdə yaşadığını bildirib, onun 3 övladı var.
Mənbə:> Oxu.Az