Sumqayıtda məktəbdən çıxan ana və övladını maşın vurub, uşaq ölüb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Sumqayıtda məktəbdən çıxan ana və övladını maşın vurub, uşaq ölüb

Sumqayıtda məktəbdən çıxan ana və övladını maşın vurub, uşaq ölüb


Sumqayıt şəhərində məktəbdən çıxan ana və övladını maşın vurub, uşaq ölüb.

AzNews.info-nun report-a istinadən məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayonunda, 21 nömrəli tam orta məktəbin qarşısında baş verib.

Belə ki, 39 yaşlı Bəsdi Tanrıverdiyeva və 8 yaşlı qızı Fidan Tanrıverdiyeva Sumqayıt şəhər 21 nömrəli məktəbdən çıxarkən onları avtomobil vurub.

Qəza zamanı azyaşlı elə hadisə yerindəcə keçinib. Yaralı ana dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisədən sonra sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *