Qatarda övladını dünyaya gətirdi və öldürdü
Uralda faciə baş verib.
Ölkə.Az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın Tümen vilayətində 38 yaşlı qadın qatarda dünyaya gətirdiyi körpəni qətlə yetirib.
Təhqiqatın versiyasına əsasən, Novosibirsk sakini olan qadın qatarın sanitar qovşağında qatarın İşim stansiyasına çatmasından öncə çirkin əmələ əl atıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Mənbə:> Olke.az