Sərhəddə yarım kiloqram qızıl aşkarlandı
Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana idarə etdiyi “Mercedes-Benz E 220” markalı avtomobillə gələn Azərbaycan vətəndaşı hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılması məqsədilə sorğu-sual edilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində qızıl-zinət əşyalarının olduğunu etiraf edib və 2 ədəd bağlamanı gömrük nəzarətinə təqdim edib.
Baxış zamanı həmin bağlamaların içərisində gömrük bəyannaməsində göstərilməmiş, ümumi xalis çəkisi 562,13 qram təşkil edən qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az